Saytımızı qiymətləndirin


 
 

Ukraynaya pulsuz “Bayraktar“ veriləcək
Tarix: 28-06-2022 | Saat: 12:19
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynaya daha “Bayraktar“ veriləcək

 

Türkiyənin "Baykar Makina" şirkəti 3 "Bayraktar TB2" pilotsuz uçuş aparatını (PUA) Ukraynaya pulsuz hədiyyə etmək niyyətində olduğunu açıqlayıb.

qarabaginfo.az xəbər verir ki, bu barədə şirkət "Twitter"də məlumat yayıb:

“Bir neçə gün ərzində bu məqsədə çatmaq üçün iş adamları və sadə insanlar - kiçik və böyük vəsait ayırdılar. “Baykar” TB2 üçün ödənişi qəbul etməyəcək və üç PUA-nı pulsuz olaraq Ukrayna cəbhəsinə göndərəcək”.

Ötən həftə Türkiyə prezident administrasiyasının müdafiə sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir ölkəsinin Ukraynaya silah tədarükündə daha ehtiyatlı olduğunu bildirib.

Ukrayna və Türkiyə rəsmiləri Bayraktar TB-2 pilotsuz təyyarələrinin gələcək tədarükü ilə bağlı şərh verməkdən imtina ediblər.(Yenisabah)

 



Xəbəri paylaş

1214 dəfə oxunub.

Digər xəbərlər