Saytımızı qiymətləndirin


 
 

Şoyqu “Vaqner” olayından sonra ilk dəfə üzə çıxdı - VİDEO
Tarix: 26-06-2023 | Saat: 10:49
Bölmə:Karusel / Region | çapa göndər

Şoyqu “Vaqner” olayından sonra ilk dəfə üzə çıxdı - VİDEO

 

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu "Vaqner" muzdlularının qiyam qaldırmasından sonra ilk dəfə ortalığa çıxıb.

 

Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, döyüş bölgəsindəki Qərb qruplaşmasının qərargahına gedib.

 

Nazir qruplaşmanın komandiri Yevgeni Nikiforovla söhbətləşib. Qruplaşma Kupyansk istiqamətində döyüşür.

 

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.

 

 



Xəbəri paylaş

1188 dəfə oxunub.

Digər xəbərlər