Türkiyənin "Baykar Makina" şirkəti 3 "Bayraktar TB2" pilotsuz uçuş aparatını (PUA) Ukraynaya pulsuz hədiyyə etmək niyyətində olduğunu açıqlayıb.
qarabaginfo.az xəbər verir ki, bu barədə şirkət "Twitter"də məlumat yayıb:
“Bir neçə gün ərzində bu məqsədə çatmaq üçün iş adamları və sadə insanlar - kiçik və böyük vəsait ayırdılar. “Baykar” TB2 üçün ödənişi qəbul etməyəcək və üç PUA-nı pulsuz olaraq Ukrayna cəbhəsinə göndərəcək”.
Ötən həftə Türkiyə prezident administrasiyasının müdafiə sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir ölkəsinin Ukraynaya silah tədarükündə daha ehtiyatlı olduğunu bildirib.
Ukrayna və Türkiyə rəsmiləri Bayraktar TB-2 pilotsuz təyyarələrinin gələcək tədarükü ilə bağlı şərh verməkdən imtina ediblər.(Yenisabah)