Bazar ertəsi Londonun "ICE Futures" xammal birjasında keçirilən hərracların nəticəsində neftin qiyməti qalxıb.
"Qarabaginfo" xəbər verir ki, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin dəyəri 0,27 dollar bahalaşaraq bir barel üçün 62,85 dollara çatıb.
Yanvarın 21-də ABŞ-da Martin Lüter Kinq Günü milli bayramı münasibəti ilə əlaqədar Nyu-Yorkun NYMEX əmtəə birjasında hərrac keçirilməyib.