Tarix: 12-01-2021 | Saat: 21:20
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rusiya Federasiyası Baş Prokuroru İqor Krasnovun təşəbbüsü ilə 12 yanvarda Moskvada Rusiya Federasiyası, Azərbaycan və Ermənistan Baş prokurorlarının iştirakı ilə üçtərəfli görüş keçirildi.
Kamran Əliyev, İgor Krasnov və Artur Davtyan, Rusiya Prokurorluğunun yaradılmasının 299-cu ildönümünə həsr olunmuş tədbir çərçivəsində görüşdülər.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə,
Görüşdə dövlət başçılarının 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müvafiq bəndlərinin icrası, həmçinin hüquqi əməkdaşlıq mexanizmləri müzakirə edilmişdir.
Ermənistanın Baş Prokurorluğu öz növbəsində görüşün məqsədinin beynəlxalq hüquq sahəsində əlaqələrin qurulması olduğunu bildirdi.
Artur Davtyan, erməni əsirlərinin geri qaytarılması və onların hüquqlarının təmin edilməsi məsələsini qaldırdı.
Görüşdə yuxarıda göstərilənlərin və digər hüquqi məsələlərin müzakirəsinin davam etdirilməsi üçün razılaşma əldə edildi. -02D-
Digər xəbərlər