Saytımızı qiymətləndirin


 
 

“Bakıda süfrəyə bahalı kürü gətirdilər, nümayəndələrimiz çox bəyəndi”
Tarix: 19-01-2026 | Saat: 12:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

bakida-sufreye-bahali-kuru-getirdiler-numayendelerimiz-cox-beyendi

ABŞ-nin sabiq Prezidenti Cozef Baydenin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Ceyk Sallivan Azərbaycana səfəri ilə bağlı maraqlı xatirəsini bölüşüb.

Qarabaginfo.az xəbər verir ki, o, “Long Game Podcast”da çıxışı zamanı Azərbaycandakı qonaqpərvərlik haqqında danışıb.

“Biz Azərbaycanda, Bakıda idik. O zaman mən Hillari Klintonun dövlət katibi olduğu dövrdə Dövlət Departamentində çalışırdım. Biz Azərbaycan Prezidenti ilə görüşdük. Bizim üçün süfrəyə çox bahalı kürü ilə dolu nəhəng kasalar gətirdilər. Mən həyatımda heç vaxt kürü yeməmişdim, bəlkə də, sudak balığı kimi hansısa balıq kürüsünü yemişəm, amma Azərbaycanda süfrəyə verilən Xəzər nərə balığı kimi belə balıq kürüsünü heç vaxt yeməmişdim. Nümayəndə heyətinin üzvləri təqdim olunan delikatesi böyük məmnuniyyətlə yedilər. Bu onların indiyədək yedikləri ən yaxşı təam idi.

O andan etibarən biz hansı ölkələrdə qonaqlara daha yaxşı, hansında isə pis yemək verdiklərinə diqqət yetirməyə başladıq. Sizə deyim ki, qonağa ən pis yemək verilən ölkə ABŞ-dir. Ona görə yox ki, bizim möhtəşəm yeməklərimiz yoxdur, ona görə ki, bizdə qonaqpərvərlik dəhşətli dərəcədədir”, - Sallivan bildirib.

Qeyd edək ki, C.Sallivan 2021-2025-ci illərdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər