Saytımızı qiymətləndirin


 
 

Zelenski ilə Sunakın telefon danışığında Ukraynaya "Challenger 2" tanklarının göndəriləcəyi açıqlanıb
Tarix: 14-01-2023 | Saat: 16:24
Bölmə:Karusel / Region | çapa göndər

Zelenski ilə Sunakın telefon danışığında Ukraynaya "Challenger 2" tanklarının göndəriləcəyi açıqlanıb - YENİLƏNİB

Britaniya Baş naziri və Ukrayna Prezidenti döyüş meydanındakı son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisinin yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, tərəflər Ukraynaya qlobal hərbi və diplomatik dəstəyin sürətləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

"Baş nazir Böyük Britaniyanın Ukraynaya dəstəyini "Challenger 2" tankları və əlavə artilleriya sistemlərinin tədarükü vasitəsilə gücləndirmək niyyətini açıqlayıb. Baş nazir və Prezident Zelenski bu istiqamətdə digər tərəfdaşların təkliflərini, o cümlədən Polşanın “Leopard” tankları təqdim etmək təklifini alqışlayıb. Baş nazir vurğulayıb ki, o və bütün Böyük Britaniya hökuməti Ukraynaya öz üstünlüyünü qorumağa, bu müharibədə qalib gəlməyə və davamlı sülhü təmin etməyə imkan verəcək dəstəyi sürətlə çatdırmaq üçün beynəlxalq tərəfdaşlarla intensiv işləyəcək", - məlumatda vurğulanıb.



Xəbəri paylaş

1115 dəfə oxunub.

Digər xəbərlər