Saytımızı qiymətləndirin


 
 

KİV: Kamala Harris 2028-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər
Tarix: 15-12-2025 | Saat: 10:43
Bölmə:Karusel / Dünya | çapa göndər

​​​​​​​ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris

 

ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris 2028-ci il seçkilərində yenidən Ağ Ev uğrunda mübarizə apara bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Harris artıq bir sıra ştatlarda çıxış edib və nitqlərində ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasına dəstək verən əvvəlki ritorikadan uzaqlaşıb. İndi o, həm demokratları, həm də respublikaçıları tənqid edir.

Mənbənin məlumatına görə, Harris qarşıdakı seçkilər üçün ən populyar potensial namizədlərdən biri olaraq qalır.

Bildirilir ki, onun həmçinin son Demokrat Partiyasının prezident praymerizlərində ən vacib seçici bloku olan qaradərili seçicilər arasında böyük dəstəyi var.

Daha əvvəl Harris özü də gələcək prezident seçkilərində iştirak etmək ehtimalını istisna etməyib.



Xəbəri paylaş

32 dəfə oxunub.

Digər xəbərlər
17-09-2022, 10:51 Şəhriyar üçüncü oldu