Saytımızı qiymətləndirin


 
 

Putin: “Rusiya Ukraynada ordusunun bir hissəsi ilə döyüşür”
Tarix: 16-09-2022 | Saat: 22:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Putin: “Rusiya Ukraynada ordusunun bir hissəsi ilə döyüşür”

Rusiyanın xüsusi hərbi əməliyyat planına düzəliş edilə bilməz.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Baş Qərargah əməliyyatın gedişatında operativ qərarlar qəbul edir.

“Xüsusi əməliyyatın əsas məqsədi Donbassın bütün ərazisinin azad edilməsidir. Ukrayna ordusunun əks-hücumuna baxamayaraq, bu iş davam etdirilir. Bizim Donbassda hücum əməliyyatımız dayanmayıb. Əməliyyat kiçik templə gedir, amma tədricən Rusiya ordusu yeni ərazilər tutur. Xatırladım ki, biz bütün ordumuz ilə döyüşmürük. Ordumuzun bir hissəsi ilə, müqavilə əsasında xidmət edənlərlə döyüşürük. Ona görə də, biz tələsmirik”,-deyə Putin vurğulayıb.

Rusiya prezidentinin sözlərinə görə, əməliyyat planında heç bir dəyişiklik yoxdur.Onun sözlərinə görə, Baş Qərargah nəyisə vacib, nəyisə ikinci dərəcəli hesab edir.
Vladimir Putin əsas vəzifənin dəyişilməz olaraq qaldığını deyib.



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər