Beşinci qrup üzrə aktyor sənəti ixtisasında 16 yer, dekorativ tətbiqi sənətdə (sahələr üzrə) 14 yer, dirijorluq (sahələr üzrə) ixtisasında 9 yer, operator sənəti ixtisasında 2 yer və rejissorluqda 11 yer boş qalıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən başlanıb və sentyabrın 2-dək davam edəcək.