Tarix: 08-12-2025 | Saat: 14:07
Bölmə:Karusel / Təhsil | çapa göndər

"Dərslik nə qədər səmərəli yazılsa da, sonda sinif otağında ən vacib rolu oynayan müəllimdir".
Qarabaginfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda deyib.
Nazirin sözlərinə görə, müəllimlərlə bağlı son illərdə keçirilən sertifikatlaşdırmada təxminən 8 minə yaxın müəllimin öz peşəsinə uyğun olmadığı müəyyən edilərək müqavilələrinə xitam verilib:
"Onlardan 5 minə yaxını ibtidai sinif, 1000 nəfərə qədəri isə Azərbaycan dili müəllimləri idi. Müəllimin özünün səriştəli olmağı minimal zəruri şərtdir. Bünövrə ibtidai təhsildə qoyulur. Düzgün qoyulmadıqda növbəti mərhələlərdə həmin təhsilalanda bacarıqların inkişafında problemlər olur”.
Digər xəbərlər




" style="width: 670px; height: 340px;">











