Saytımızı qiymətləndirin


 
 

Boçorişvili: Azərbaycan-Ermənistan razılaşması regionda davamlı sülhün təməl daşıdır
Tarix: 04-12-2025 | Saat: 16:53
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili

 

Gürcüstan ABŞ Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmasını alqışlayır.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclasında çıxışında deyib.

Onun sözlərinə görə, bu tarixi razılaşma Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün vacib təməl daşıdır.

“Saziş regionda uzunmüddətli sabitlik və inkişaf üçün imkanlara möhkəm təməl yaradır. Gürcüstan sülhü və regional əməkdaşlığı qətiyyətlə təşviq etməyə davam edir. Biz beynəlxalq hüququn tətbiqi, suverenliyin qorunması, Cənubi Qafqazda və ATƏT regionunda uzunmüddətli sülhün təmin edilməsi üçün bütün tərəfdaşlarla işləməyə hazırıq”, - Boçorişvili əlavə edib.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər
30-03-2021, 11:08 Türkiyə Latviyaya qarşı