Tarix: 25-11-2025 | Saat: 15:24
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bu gün beynəlxalq tərəfdaşlıq məsələləri üzrə Avropa komissarı Yozev Sikela və Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Transxəzər nəqliyyat dəhlizinin təşviqi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Özbəkistana səfərə gedib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “UzDaily” məlumat yayıb.
Səfər 27 noyabr tarixinə qədər davam edəcək və bu müddət ərzində bir sıra ikitərəfli və regional sazişlərin imzalanması, eləcə də respublikanın yüksək vəzifəli nümayəndələri ilə görüşlərin keçirilməsi gözlənilir.
Bundan əlavə, Avropa komissarları 27 noyabrda Daşkənddə keçiriləcək Orta Dəhliz İnvestorlar və Nəqliyyat Əlaqələrinin İnkişafı Forumunda iştirak edəcəklər.
Sikela həmçinin 26 noyabrda üçüncü “Avropa İttifaqı – Mərkəzi Asiya” iqtisadi forumunda çıxış edəcək.
Digər xəbərlər

















