Saytımızı qiymətləndirin


 
 

Ramiz Mehdiyevin səhhəti pisləşdi - Təcili yardım çağırıldı
Tarix: 22-11-2025 | Saat: 21:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

ramiz-mehdiyevin-sehheti-pislesdi

Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin səhhəti pisləşib.

Qarabaginfo.az “Gununsesi.info”ya istinadən xəbər verir ki, dünən gecə saatlarında sabiq PA rəhbərinin səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb.

Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.

İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb.

Vurğulanıb ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.

Qeyd edək ki, Ramiz Mehdiyev DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ramiz Mehdiyev dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər