Saytımızı qiymətləndirin


 
 

“Bütün ölkədə saathesabı işləyən bircə müəllimlərdir”
Tarix: 21-11-2025 | Saat: 09:10
Bölmə:Karusel / Təhsil | çapa göndər

Picture background

 

“Bütün ölkədə saathesabı işləyən bircə müəllimlərdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişdə tamştatlı müəllimlərin işlərinə nəzarət mexanizmləri, islahatların gətirəcəyi neqativ hallarla bağlı suala cavabında deyib.

“Digər iş yerlərində çalışanlar bu və ya digər formada tamştatlı işləyirlər. O müəssisələrdə niyə işdən yayınma halları baş vermir?! Çünki müəssisə rəhbəri buna nəzarət edir. Müvafiq yoxlamalarla bunu həmişə müəyyən etmək mümkündür.

Biz az saylardan başlayırıq, 2027-ci ildə pilot layihə kimi bir neçə min olacaq, 20 min tamştatlı müəllim sayına 2030-cu ildə çatmaq istəyirik. Həmin məktəblərdə nəzarət də pilot olmalıdır, müəllimin qiymətləndirilməsi də olmalıdır.

Sistem belə işləyəcək: müəllimin illik saat yükü müəyyən olunur, deyilir ki, sən tamştatlı müəllimsən, bu qədər saatda bu işi görəcəksən, dərs deyəcəksən, bundan başqa, sənin bu işlərin var. Onların şərti olaraq nəticələri göstərilir: summativ testlər hazırlamaq, valideynlərlə görüşlərin sayı rəsmiləşdirilir və ya tədbirlərin təşkili öhdəliyi qoyulur. Yəni nəzarət mexanizmləri mümkündür. Bunu risk kimi qiymətləndirmirəm”, - nazir bildirib.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər