Yatmış səhiyyə, yorğanı köksünə tutan TƏBİB və növbələrdə "qəhrəman"a çevrilən vətəndaş
Tarix: 20-11-2025 | Saat: 16:22
Bölmə:Karusel / Yazar | çapa göndər
335 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-11-2025 | Saat: 16:22
Bölmə:Karusel / Yazar | çapa göndər

Azərbaycan səhiyyəsinə baxanda bəzən fikirləşirəm ki, bu sistem o qədər dərin yuxuya gedib ki, yəqin yatmazdan əvvəl özünə ninni də oxuyub.
Təbib də yorğanı başına çəkib elə bərk-bərk yatıb ki, oyadıb desən:
“Usta, xəstələr gözləyir,”
cavab verəcək:
“Mənim növbəm deyil, növbə xəstələrindir.”
Amma vətəndaş?
Vətəndaş nə etsin?
Bir ümidlə poliklinikanın qapısını açır və qarşısında gördüyü mənzərə onu elə şoka salır ki, adam içindən keçir:
“Bu həkim növbəsidir, yoxsa hansısa yeni açılmış mağazada endirim başlayıb?”
Növbə uzana-uzana gedir…
Elə bil xəstələr yox, səfilə qalmış sərnişinlər xarici uçuş üçün növbə tutub.
Hər kəsin üzü gərgin, gözlər yorğun, səbr isə poliklinikanın döşəməsində qalıb.
“Növbə əfsanəsi” — bütün poliklinikalarda eyni tamaşa.
Bu hal tək bir klinikada deyil — bütün dövlət poliklinikalarında eyni teatr oynanılır.
Birində adını dəyiş, o birində baş qəhrəmanı dəyiş — nəticə yenə eynidir.
Adam gəlir bir resept almağa.
Elə bir növbə görür ki, yanındakı xəstəyə pıçıldayır:
“Qardaş, mən gələn dəfə bu növbəyə yemək gətirim?
Görünür bu gün burda qalacağıq.”
Şəkər xəstələri ayda bir dəfə dərman almağa gəlir — növbə o qədər uzanır ki, adam elə bilir yanlışlıqla tibbi yardıma yox, hansısa festivala düşüb.
Camaat poliklinikanın qabağında o qədər çoxdur ki, kənardan baxan deyər:
“Yəqin burda məşhur bir həkim konsert verir.”
Gülməli səhnədir…
Amma bu gülüşün altında xalqın çəkdiyi əziyyət yatır.
Rusiyayada olarkən adamın ürəyi partlayır: “Bizdə niyə belə deyil?”
Moskvada (Rossiyada)
EMİAİS adlı bir tətbiq var.
Telefonuna yükləyirsən, poliklinikanı seçirsən, həkimin gününü-saatını yer olan poliklinikada özün müəyyən edirsən.
Sonra da sənə çox mədəni, çox səliqəli mesaj gəlir:
“Sizin qəbulunuz filan gün, filan saatdır.
Xahiş olunur gecikməyin.”
Vəssalam.
Qapını döyüb “Məni tez burax,” deyən yoxdur.
Aradan sürüşüb “Məni yazın, bir dəqiqəlik işim var,” deyən yoxdur.
Növbə pozan yoxdur, növbə bağıran yoxdur.
Siz təsəvvür edin ki, bu rahatlıq,bu sistem tək dövlət poliklinikalarında yox, özəl klinikalarda da eynidir.
Moskvada səhiyə sistemi işləyir — adam hara girirsə, sistem də onun ardınca gəlir.
Bizdə isə sistem elə bil telefona zəng çatmayan yerdə qalıb.
Bizdə isə… növbə insanı dəyişdirir.
Vətəndaş poliklinikaya sağlam gəlir — növbənin sonuna çatanda psixoloji cəhətdən çökmüş olur.
Səhiyyə işləmədikcə, təbib oyandıqca sistem yenə yatır,sistem oyandıqca təbib yorulur…
Bütün yük isə vətəndaşın çiyninə düşür.
Nə qədər gözlədiyini soruşsan deyər:
“Üç saatdır burdayam, bir azdan növbəmə çatacaq… ümid edirəm ki, yaxın iki-üç günə.”
Bu nədir axı?
Həkimin yanına düşmək üçün qəhrəmanlıq göstərməyə ehtiyac olmamalıdır.
Bir Azərbaycan vətəndaşı olaraq istəyim sadədir:
Bizdə də rahatlıq olsun!
Səhiyyə yuxudan oyansın.
Təbib məsuliyyətli olsun.
Vətəndaş isə qapıda əriyib donmasın.
İnsan tibbi xidmət üçün növbədə döyüşməsin — normal şəkildə, rahatlıqla həkiminə çatsın.
Moskvada olarkən poliklinikaların birində müalicə və müayinəyə gedərkən çəkdiyim şəkilləri videoları və növbə çekininə kimi paylaşacağam.
Qoy hamı görsün ki, rahatlıq mümkündür.
Və bəlkə bu dəfə kimsə səslənən səsi eşidər…
Bəlkə bu dəfə kimsə o yorğanı üstünnən atar
Rauf Adiloğlu
Xəbəri paylaş
Digər xəbərlər
13-12-2020, 17:39
Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı
22-02-2022, 21:34
İlham Əliyev Vladimir Putini Bakıya dəvət edib
11-09-2021, 15:58
Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb
27-02-2025, 08:49
Tramp: Putin Ukraynaya dair razılaşmada güzəştə getməli olacaq
5-02-2025, 20:20
Prezident ona yeni vəzifə verdi - Sərəncam
30-11-2021, 07:33
NATO baş katibi: “Rusiya ilə dialoqun mümkünlüyünə inanırıq”
23-05-2021, 15:47
İranda koronavirus qurbanlarının sayı 78,5 min nəfəri ötdü
17-03-2025, 13:04
Prezidentdən Xanlar Vəliyevlə bağlı - Sərəncam
26-10-2022, 14:05
Sürücülərin DİQQƏTİNƏ - Bu yoldan istifadə etməyin!




" style="width: 670px; height: 340px;">












