UEFA Putinlə bağlı şüarlara görə "Fənərbağça"ya intizam işi açıb
Tarix: 28-07-2022 | Saat: 19:21
Bölmə:Karusel / Gündəm | çapa göndər
1314 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-07-2022 | Saat: 19:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

UEFA Türkiyənin "Fənərbağça" klubuna intizam işi açıb.
Qarabaginfo.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, buna İstanbul təmsilçisinin azarkeşlərinin evdə Ukraynanın "Dinamo" (Kiyev) komandasına 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.
Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.
Xəbəri paylaş
Digər xəbərlər
22-09-2017, 11:18
Ərdoğanın Nyu-Yorkda çıxışı zamanı insident yaşanıb-VİDEO
30-01-2022, 20:42
İraq ordusu 6 İŞİD-çini zərərsizləşdirib
6-03-2025, 10:30
SHXÇDX Şəkidə gənclər üçün tədbir keçirib - FOTO
17-03-2021, 15:52
Baş nazir “Anım Günü”nün təqvimə salınmasını TƏSDİQLƏDİ
5-11-2021, 16:37
Son sutkada peyvəndlənənlər
23-01-2021, 16:19
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib -Siyahı
13-12-2023, 16:50
Bakının İrəvana verdiyi 32 erməni hərbçinin siyahısı AÇIQLANDI - VİDEO

















