Tarix: 19-09-2022 | Saat: 21:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Aİ-də çörəyin qiyməti heç vaxt 2022-ci ilin payızındakı kimi baha olmayıb. Orta hesabla avqustda ötən illə müqayisədə artım 18% olub ki, bu da son illərdə çörəyin qiymətində kəskin bahalaşmanın olduğunu göstərir. Orta hesabla çörəyin qiymətindəki bahalaşma ən çox Macarıstanda özünü göstərib – 60%”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyi “Eurostat” məlumat verib.
Bildirilir ki, Aİ-də çörəyin qiymətindəki artım avqustda 10%-ə yüksələn inflyasiyanı keçib.
“Eurostat” onu da əlavə edib ki, çörəyin qiymətindəki artım ən az Fransada hiss olunub – Belə ki, Fransada qiymətlər 10%, Belçikada isə 13% artıb .
Agentlik deyib ki, çörəyin qiymətinin qalxmasına səbəb Ukraynadakı vəziyyət, Ukrayna taxılı ilə bağlı böhranın yaranması, eləcə də enerji böhranı ilə izah olunur.
Digər xəbərlər