Ana Sayfa > Karusel / Gündəm > Aİ-də çörəyin qiyməti bahalaşıb

Aİ-də çörəyin qiyməti bahalaşıb


19-09-2022, 21:14. Yazar: Admin

Aİ-də çörəyin qiyməti bahalaşıb

“Aİ-də çörəyin qiyməti heç vaxt 2022-ci ilin payızındakı kimi baha olmayıb. Orta hesabla avqustda ötən illə müqayisədə artım 18% olub ki, bu da son illərdə çörəyin qiymətində kəskin bahalaşmanın olduğunu göstərir. Orta hesabla çörəyin qiymətindəki bahalaşma ən çox Macarıstanda özünü göstərib – 60%”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyi “Eurostat” məlumat verib.

Bildirilir ki, Aİ-də çörəyin qiymətindəki artım avqustda 10%-ə yüksələn inflyasiyanı keçib.

“Eurostat” onu da əlavə edib ki, çörəyin qiymətindəki artım ən az Fransada hiss olunub – Belə ki, Fransada qiymətlər 10%, Belçikada isə 13% artıb .

Agentlik deyib ki, çörəyin qiymətinin qalxmasına səbəb Ukraynadakı vəziyyət, Ukrayna taxılı ilə bağlı böhranın yaranması, eləcə də enerji böhranı ilə izah olunur.


Geri dön