Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda su ilə işləyən stansiyalar 2 milyard 720,2 milyon kVt-saat elektrik enerjisi istehsal edib.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 132,4 milyon kVt-saat (71,3%) çoxdur.
Hesabat dövründə istilik elektrik stansiyalarında 20 milyard 261,3 milyon kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2 milyard 126,2 milyon kVt-saat (9,5%) azdır.
Eyni zamanda cari ilin ilk 11 ayı ərzində tulantıların yandırılmasından 182,8 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur.
Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-noyabr aylarında 24 milyard 360,2 milyon kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 572,1 milyon kVt-saat (2,3%) azdır. Ümumilikdə isə ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2024-сü ilin yanvar-noyabr aylarında 2789,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.