Saytımızı qiymətləndirin


 
 

UEFA Bəhram Bağırzadə ilə bağlı “səhv”ini düzəltdi
Tarix: 27-09-2017 | Saat: 10:45
Bölmə:İdman | çapa göndər

Çempionlar Liqasının qrup mərhələsinin məşhur azarkeşlərini açıqlayan UEFA siyahıda düzəliş edib. Qarabağinfo.az

apasport.az-a istinadən xəbər verir ki, turnirin iştirakçısı olan 32 komandanın hər birinin tanınmış fanatını müəyyənləşdirən və rəsmi saytı vasitəsilə yayımlayan qurum "Qarabağ"ın azarkeşi kimi aktyor Bəhram Bağırzadəni göstərmişdi. 

Bu isə ölkəmizə birmənalı qarşılanmadı. Belə ki, ağdamlıların ölkəmizdəki əzəli rəqibi olan "Neftçi"nin Müşahidə Şurasının sabiq üzvü və bu komandanın azarkeşi kimi tanınan Bağırzadənin adının bu siyahıda yer alması ciddi şəkildə müzakirə mövzusuna çevrildi.
 
Ancaq görünür qitənin ali futbol qurumu səhvini tez anlayıb. Artıq məşhur aktyorun adı qeyd olunan siyahıda yoxdur. Maraqlıdır ki, ümumiyyətlə həmin məqalədə "Qarabağ"la bağlı abzas da yığışdırılıb.
 
Məşhur fanatlar arasında Şahzadə Albert, Kral VI Filip, Sergey Lavrov da yer alıb. Heç də az tanınmayan Madonna, Monika Beluççi, Luçano Pavarotti də Çempionlar Liqasında azarkeşlik etdiyi komanda ilə öyünür.
 
İdman adamlarından Useyn Bolt, Roje Federer, Kobi Brayant, Erik Kantona, Sergey Bubka, Rafael Nadal da UEFA-nın siyahısına düşüb.



Xəbəri paylaş

784 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70