Saytımızı qiymətləndirin


 
 

Vətən müharibəsi şəhidlərindən 2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
Tarix: 23-01-2021 | Saat: 15:53
Bölmə:Karusel / Sosial / Qarabağ | çapa göndər

Vətən müharibəsi şəhidlərindən 2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri yekunlaşmaq üzrədir.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, post-müharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində şəhidlərimizdən artıq 2783 nəfərin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub.

Bu sahədə işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə DSMF əməkdaşları səfərbər edilib. Sosial ödəniş təyinatları üçün şəhid ailələri üzvlərindən zəruri sənədlər  istənilmədən, bu sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunur.

Təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilir.

Aparılmış sosial ödəniş təyinatları barədə şəhid ailələri məlumatlandırılır, bir çox hallarda  onlarla ünvanlarında görüşlər keçirilərək təqaüd kartları təqdim olunur.



Xəbəri paylaş

1385 dəfə oxunub.

Digər xəbərlər