Saytımızı qiymətləndirin


 
 

Bill Qeyts: Dünya təkcə yeni pandemiyalara deyil, həm də bioterror hücumlara hazırlaşmalıdır
Tarix: 05-11-2021 | Saat: 08:42
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Bill Qeyts: Dünya təkcə yeni pandemiyalara deyil, həm də bioterror hücumlara hazırlaşmalıdır
Bill Qeyts

Dünya təkcə yeni pandemiyalara deyil, həm də koronavirusun yayılmasından daha təhlükəli ola biləcək bioloji silahlardan istifadə etməklə mümkün terror hücumlarına hazırlaşmalıdır.

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Microsoft”un qurucusu Bill Qeyts bildirib.

Qeyts bildirib ki, yeni təhlükələrə qarşı mübarizə aparmaq üçün epidemioloji təhlükəsizlik tədqiqatlarına və yoluxucu xəstəliklərlə mübarizə üçün xüsusi mexanizmlərin hazırlanmasına milyardlarla dollar xərclənməlidir.

O, Ümumdünya Səhiyyə Təşkilatını epidemioloji vəziyyətə nəzarət etmək üçün xüsusi işçi qrup yaratmağa çağırıb. Qeytsin fikrincə, bu struktur həm də bioterrorçuların mümkün hücumlarına hazırlaşa, onların nəticələrinin aradan qaldırılması üçün ssenarilər tətbiq edə bilər.

“ÜST-ün pandemiya üzrə İşçi Qrupuna hər il təxminən bir milyard ABŞ dolları lazımdır. O, “bakterioloji təlimlər”i izləyəcək və həyata keçirəcək”, - “Microsoft”un qurucusu deyib.(Report)



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər