Ana Sayfa > Karusel / Gündəm > UEFA Putinlə bağlı şüarlara görə "Fənərbağça"ya intizam işi açıb
UEFA Putinlə bağlı şüarlara görə "Fənərbağça"ya intizam işi açıb28-07-2022, 19:21. Yazar: Admin |
UEFA Türkiyənin "Fənərbağça" klubuna intizam işi açıb. Qarabaginfo.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, buna İstanbul təmsilçisinin azarkeşlərinin evdə Ukraynanın "Dinamo" (Kiyev) komandasına 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub. Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər. Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib. Geri dön |