Saytımızı qiymətləndirin


 
 

FHN-in dəstəyi ilə AEBA tərəfindən ekspert missiyası keçirilib - VİDEO
Tarix: 18-11-2025 | Saat: 10:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

FHN-in dəstəyi ilə AEBA tərəfindən ekspert missiyası keçirilib - VİDEO

Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) dəstəyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən nüvə hüququ sahəsində beynəlxalq sənədlərə və əsas tələblərə həsr olunmuş maarifləndirici ekspert missiyası keçirilib.

Qarabaginfo.az FHN-ə istinadən xəbər verir ki, missiyanın məqsədi nüvə və radiasiya təhlükəsizliyi sahəsində beynəlxalq hüquqi sənədlər, onların tətbiqindən irəli gələn öhdəliklər və vahid milli qanunvericiliyin əsas elementləri barədə qərar qəbul edən şəxslərə ətraflı məlumat vermək, maraqlı tərəflərin iştirakı ilə milli seminar və aidiyyəti qurumlarla ikitərəfli görüşlər keçirmək olub.

Müxtəlif dövlət qurumlarından 50 nəfərdən çox əməkdaşın iştirak etdiyi tədbirdə üç günlük proqram çərçivəsində AEBA ekspertləri beynəlxalq hüquqi sənədlər, onların tətbiqi mexanizmləri və üzv dövlətlərin öhdəlikləri barədə əhatəli təqdimatlar ediblər. Tədbirdə, həmçinin nüvə və radiasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyət, beynəlxalq tələblər və gələcək prioritetlər geniş müzakirə olunub, nüvə texnologiyalarının tətbiqi üzrə görülən işlər və bu sahədə çalışan mütəxəssislərin peşəkar potensialının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin son günü NRFTDA və AEBA nümayəndələri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları ilə ikitərəfli görüşlər keçirilib və müzakirələr aparılıb.

Ölkəmizdə nüvə və radiasiya təhlükəsizliyinin tənzimlənməsi infrastrukturu və normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində aparılan işlər fonunda təşkil olunan ekspert missiyası mövzu ilə bağlı faydalı müzakirələrin və gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə şərait yaradıb.

Qeyd edək ki, AEBA-nın fəaliyyət istiqamətlərindən biri üzv ölkələrdə qanunvericiliyin təkmilləşdirilməsinə dəstək göstərməkdir. Bu məqsədlə hər il AEBA-nın Hüquq Departamenti ilə üzv dövlətlər arasında ehtiyaclara uyğun olaraq “Qanunvericilik üzrə iş planı” qəbul edilir. Bakı şəhərində keçirilən ekspert missiyası da məhz həmin təşəbbüsün tərkib hissəsi kimi təşkil edilib.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər