“Ermənistan və Azərbaycan sülh müqaviləsi bağlamaq üçün siyasi iradə nümayiş etdirirlər”.
Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Moskva sənədin yaxın vaxtlarda imzalanacağına ümid edir.
“Əsas odur ki, biz hər iki tərəfdə – həm Bakıda, həm də İrəvanda siyasi iradənin olmasını görürük. Təbii ki, biz bunu dəstəkləyirik. İnanırıq ki, belə bir sazişin bağlanması həm iki ölkə, həm də bütün regionda sülhün sabitliyi üçün faydalı olacaq”, – Peskov qeyd edib.