Tarix: 17-11-2025 | Saat: 15:53
Bölmə:Karusel / Region / Gündəm | çapa göndər
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin Gürcüstanda qəzaya uğraması iki mühərrikin ardıcıl sıradan çıxması nəticəsində baş verə bilər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “A Haber” kanalı məlumat yayıb.
Kanal Müdafiə Nazirliyinə istinadən bildirib ki, təyyarəyə raket və ya PUA hücumu versiyaları faktiki təsdiqini tapmayıb:
“Uçuş zamanı mühərriklərdən birinin qəfildən işləmədiyi və pərvanənin qarşıdan gələn hava axınında idarəolunmaz sürətlə fırlandığı güman edilir. Bu, təyyarənin idarə olunmasını çətinləşdirib. Bir müddət sonra digər qanaddakı mühərriklərdən biri yağ təzyiqinin saxlanılması sistemindəki nasazlıq səbəbindən sıradan çıxıb. Bu mühərrik sonda vibrasiya səbəbindən korlanıb. Qopmuş mühərrik hissələrinin gövdə və sükan sistemlərinə zərər verdiyi güman edilir. Bu, nəticədə quyruq hissəsinin və təyyarənin kabinəsinin havada ayrılmasına səbəb olub. Fövqəladə vəziyyət o qədər tez yaranıb ki, pilotlar sürətli olaraq təyyarəni sabitləşdirməyə çalışıblar və buna görə də təcili siqnal göndərməyə vaxt tapmayıblar.
Türkiyədəki mütəxəssislərə təhvil verilən C-130 uçuş qeyd cihazlarının (qara qutu - red.) öyrənilməsi davam edir. Xarici müdaxilə, raket zərbəsi və ya C-130-a PUA zərbəsi ilə bağlı nəzəriyyələr faktiki təsdiqini tapmayıb. Təyyarənin qalıqlarında hələlik baş verənlərin bu versiyalarına işarə edə biləcək heç bir deşilmə və ya partlayıcı yanma izi tapılmayıb”.
Digər xəbərlər














%20(4):1200.jpg)
