Saytımızı qiymətləndirin


 
 

Prezidentin köməkçisi: "Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələri hər sahədə uğurla inkişaf edir"
Tarix: 12-03-2022 | Saat: 17:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hikmət Hacıyev: "Təəssüf ki, Ermənistan sülh danışıqlarına başlamaqla bağlı təklifə cavab verməyib"

“Azərbaycanla Türkiyə arasında müttəfiqlik əlaqələri hər bir sahədə uğurla inkişaf edir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezidentin köməkçisi martın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər etdiyini xatırladıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsi ilə müttəfiqlik əlaqələrini hüquqi sənəd formasına salıb:

“Hər iki ölkənin parlamenti Şuşa Bəyannaməsini təsdiqlədi. Prezidentlərimizin görüşündə regional məsələlər, Cənub Qaz Dəhlizi, TAP və TANAP layihələri, Iğdır-Qars dəmir yolu və qaz xəttinin çəkilməsi və digər məsələlər müzakirə olunub. Azərbaycan bu məsələdə sərmayələrini artırır".

Prezidentin köməkçisi qeyd edib ki, ikitərəfli əsaslarla Türkiyə ilə Azərbaycan arasında əlaqələr hər iki dövlət başçısının iradəsi ilə bütün sahələr üzrə inkişaf edir: "Eyni zamanda, biz bunu digər formatlarda da inkişaf etdiririk. Burada Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Türkiyə və digər platformalarını qeyd edə bilərik”.



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər