Saytımızı qiymətləndirin


 
 

Ən yüksək balı onlar TOPLADI
Tarix: 06-06-2023 | Saat: 17:53
Bölmə:Karusel / Təhsil | çapa göndər

Ən yüksək balı onlar TOPLADI

 

Mayın 20-21-də keçirilən imtahanda II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 394.0 bal toplayan Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu göstərib.

 

Bu barədə Qarabaginfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilir ki, o, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) də ona məxsusdur.

 

III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər – Bakı şəhər S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası və Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunları göstəriblər. S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu imtahanın I mərhələsində 286.8 bal toplayıb və III ixtisas qrupu üzrə yüksək nəticə (679.3 bal) də ona məxsusdur.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər