Saytımızı qiymətləndirin


 
 

Sərhəd təxribatı: Qərb regionda hərbi mövcudluğunu artırmağa çalışır
Tarix: 26-03-2024 | Saat: 15:37
Bölmə:Karusel / Region | çapa göndər

Sərhəd təxribatı: Qərb regionda hərbi mövcudluğunu artırmağa çalışır

 

“Mətbuatdakı məlumata görə, aprelin 5-də  ə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında  təhlükəsizlik görüşü keçiriləcək. Həmin görüşdə təhlükəsizlik təminatı ilə bağlı hər hansı sənədin imzalanması xəbəri dolaşır. Əgər, bu realdırsa, Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarına, münasibətlərin normallaşması prosesinə böyük zərbə ola bilər”. 

 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. 

 

Onun sözlərinə görə, regiondankənar dövlətlər Cənubi Qafqaz regionunda öz təsirini artırmağa, eyni zamanda sülh prosesinə zərbə vurmağa, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyə cəhd göstərirlər:

 

“Təbii ki, bu cür hallar Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin, sabitliyin bərqərar olunması işinə böyük təsir göstərə bilən məqamlardır. Mən düşünürəm ki, bu məsələdə ölkəmiz ayıq-sayıq olmalıdır. Artıq məlumdur ki, Avropa İttifaqının mülki missiyasının müddətinin uzadılması və statusunun genişləndirilməsi haqqında Ermənistanda müvafiq addımlar atılıb. Bu şərti sərhəddə müxtəlif tərxribatların ola biləcəyindən xəbər verir. Eyni zamanda sərhəddə sabitliyin gec-tez pozulmasına gətirib, çıxaran amillərdən ola bilər. Ermənistan düşünməlidir ki, bu cür addımlar atmaqla hansı fəsadlarla üzləşə bilər”.

 

 

Deputat vurğulayıb ki, Ermənistan rəhbərliyinin son bəyanatları onu deməyə əsas verir ki, onlar Rusiyanın təsirindən qurtulmaq, regiondankənar qüvvələrin, xüsusən ABŞ-ın və Avropa İttifaqının siyasi və hərbi mövcudluğunun artırılmasına çalışır:

 

"Regiondankənar dövlətlərin mövcudluğunun artırılması bu regionda daha ağır fəsadlarla nəticələnə bilər. Ermənistan bunu nəzərə almalıdır. Ancaq onun  siyasəti və addımları bu məsələ ilə uyğunsuzluq təşkil edir”. 



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər