Onların ailələrinə Prezident təqaüdü təyin edildi
Tarix: 07-11-2025 | Saat: 19:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
156 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-11-2025 | Saat: 19:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Teymurov Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.
Bu barədə Qarabaginfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hər iki şəhid qəhrəmanımızın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb.
Prezidentin aylıq təqaüdü (2000 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.
Xəbəri paylaş
Digər xəbərlər
22-06-2020, 14:34
Abşeron Rayon İcra Hakimiyyəti məlumat yaydı
30-04-2026, 10:40
Balaş Qasımov İTV-dən gedir, AzTV-yə sədr gətirilir? - Özündən AÇIQLAMA
6-11-2026, 22:02
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
1-02-2025, 08:27
Rubio Səudiyyə Ərəbistanının XİN başçısı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
3-02-2024, 14:37
Şəkidə yaşayan erməni QADINLAR - SİYAHI




















