Əgər Avropa ölkələri Kiyevi dəstəkləmək məsələsində yanaşmalarını dəyişdirməsələr, Ukrayna “əbədi münaqişə” vəziyyətində qala bilər.
Qarabaginfo.az bildirir ki, bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “The Guardian” qəzetinə verdiyi müsahibəsində bildirib. “Əgər strategiyamızda ciddi dəyişikliklər etməsək, daimi müharibə vəziyyətinə düşmək riski ilə üzləşə bilərik”-deyə o vurğulayıb.
Rasmussen Ukrayna üzərində “hava qalxanı” yaratmağı və atəşkəs əldə olunana qədər Avropa hərbi qüvvələrinin onun ərazisində yerləşdirilməsi təklifini irəli sürüb.




" style="width: 670px; height: 340px;">













