Saytımızı qiymətləndirin


 
 

Rusiya bizi İran PUA-ları ilə vurur - ZELENSKİ
Tarix: 10-10-2022 | Saat: 15:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya bizi İran PUA-ları ilə vurur - ZELENSKİ

“Rusiya bizi İranın “Şahed” pilotsuz uçuş aparatları (PUA) ilə vurur”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

 

"“Qarşı tərəf enerji obyektlərini hədəf almaqla enerji sistemimizi məhv etmək, xaos yaratmaq istəyir. İkinci hədəf isə mümkün qədər çox insanın ölümünə səbəb olmaqdır. Hazırda Ukrayna terrorçularla mübarizə aparır", - Zelenski vurğulayıb.

 

Ukrayna lideri əhaliyə çağırış edərək “Hərbçilərimizin köməyi sayəsində hər şey yaxşı olacaq”, - deyib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Hücum zamanı çox sayda ölən və yaralananların olduğu bildirilib.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər