Tarix: 03-11-2025 | Saat: 15:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib.
Nazir bildirib ki, Azərbaycanda aqrar siyasətin formalaşması və müasir inkişaf mərhələsinə keçidin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub:
“Ümummilli Liderin rəhbərliyi ilə kənd təsərrüfatının iqtisadiyyatda strateji əhəmiyyəti müəyyən edilib, torpaq islahatları həyata keçirilib, mülkiyyət münasibətləri formalaşdırılıb, kənd əhalisinin sosial rifahının yüksəldilməsi istiqamətində fundamental addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan mühüm qərarlar nəticəsində aqrar sahədə dövlət idarəçiliyi sistemi təkmilləşdirilib, ərzaq təminatında daxili istehsalın payı əhəmiyyətli dərəcədə artıb”.
Nazir Məcnun Məmmədov əlavə edib ki, Ümummilli Liderin müəyyən etdiyi bu strateji xətt bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı sektoruna xüsusi önəm verilir. Aqrar sahənin rəqabətqabiliyyətliliyinin artırılması, kənd yerlərində məşğulluğun genişləndirilməsi, dövlət dəstək mexanizmlərinin və subsidiyaların təkmilləşdirilməsi, kənd təsərrüfatı sektorunun rəqəmsallaşması və ixracyönümlü istehsalın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Aqrar siyasətin həyata keçirilməsində mühüm rol oynayan kənd təsərrüfatı işçilərinin dövlətin yürütdüyü uğurlu siyasəti dəstəklədiyini deyən nazir Məcnun Məmmədov vurğulayıb ki, əldə olunan nailiyyətlərdə fermerlərin fədakar əməyi, bilik və təcrübəsi xüsusi rol oynayır.






Digər xəbərlər














%20(4):1200.jpg)


