Saytımızı qiymətləndirin


 
 

Ukraynanın dronları işğal altındakı ərazilərdə Rusiyanın anbarlarına və bazalarına zərbə endirib
Tarix: 02-11-2025 | Saat: 16:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynanın dronları işğal altındakı ərazilərdə Rusiyanın anbarlarına və bazalarına zərbə endirib

Gecə saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin dronları müvəqqəti işğal olunmuş ərazilərdə yerləşən Rusiya ordusunun anbar və bazalarına zərbələr endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlıları müvəqqəti işğal altında olan ərazilərdə düşmən mövqelərinə dəqiq hücumlar həyata keçirib. Nəticədə texnika və canlı qüvvənin toplandığı, logistika və qüvvə bölüşdürülməsi üçün istifadə olunan obyektlər məhv edilib.

Məlumata görə, gecə reydləri 105 kq. döyüş başlığına malik “FP-2” tipli pilotsuz uçuş aparatları ilə icra olunub ki, bu da əməliyyatın yüksək effektivliyini təmin edib.

“Təhlükəsizlik Xidməti düşməni neytrallaşdırmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edir və xatırladır: biz onu harada olursa-olsun məhv edəcəyik”, — deyə xidmətdən bildirilib.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər