İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.

Qarabaginfo.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:00 radələrində Fatih rayonu Seyyid Ömər məhəlləsində baş verib.

Hadisə yerinə gələn polis araşdırmalara başlayıblar. 


Məlumata görə, Sırrıpaşa küçəsində idman zalına gələn Ceyhun Ələkbərova naməlum səbəbdən 2 nəfər atəş açıb. Açılan atəş nəticəsində Ələkbərov həyatını itirib, şübhəlilər isə  hadisə yerindən qaçıblar. İşçilər dərhal polisə və sağlamlıq qruplarına vəziyyətlə bağlı məlumat veriblər.