Tarix: 02-11-2025 | Saat: 16:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya Ukraynanın Pokrovsk və Mirnoqrad səhərlərini ələ keçirərək sonrasında Konstantinovka və Kramatorska doğru irəliləməyə çalışır.
Qarabaginfo.az xəbər verir ki, bunu “Suspiľne” telekanalının efirində Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj bildirib.
“Putin konkret vəzifə qoyub — iki həftə ərzində bu əməliyyatı həyata keçirmək üçün əlavə resurslar cəlb edib. Bu, şəhər döyüşlərində təcrübəsi olan xüsusi bölmələrdir. Bunlara desant-hücum qüvvələri, dəniz piyadaları, xüsusi təyinatlılar daxildir”, — deyə Malomuj qeyd edib.
Generalın sözlərinə görə, Ukrayna da bu istiqaməti gücləndirir, xüsusən də xüsusi təyinatlılarla.
“7-ci desant-hücum korpusu cəlb olunub. Bu, şəhərin təmizlənməsi, düşmənin müəyyən sektorlardan sıxışdırılması və şəhərə daxil olmağa çalışan ayrı-ayrı qruplarına zərbələr endirilməsi üzrə əsas bölmədir. Bununla yanaşı, Müdafiə Nazirliyinin Xüsusi Əməliyyat Qüvvələri, Hərbi Kəşfiyyat Baş İdarəsinin bölmələri və şəxsən general Budanov da fəaliyyət göstərir. Yəni hazırda şəhərdə diversiya qruplarına qarşı hərəkət edə bilən bölmələrimizi işə salmışıq”, — deyə Malomuj əlavə edib.
Digər xəbərlər














%20(4):1200.jpg)


