2025-ci il 01 oktyabr tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 10.686,5 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 8,2 faizini təşkil etmişdir. Dövlət zəmanətinin 9.024,1 milyon manatı (5.308,3 milyon ABŞ dolları) və ya 84,4 faizi xarici dövlət zəmanətli kreditlərin, 1.662,4 milyon manatı və ya 15,6 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Qeyd edilib ki, xarici dövlət zəmanətli borc portfelinin 79,1 faizi və ya 4.196,8 milyon ABŞ dolları məbləğində hissəsi “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cəlb olunan kreditlərə verilən dövlət zəmanətlərindən ibarətdir.














%20(4):1200.jpg)


