Tarix: 29-10-2025 | Saat: 16:43
Bölmə:Karusel / Dünya | çapa göndər
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə həmməruzəçiləri Edit Estrella və Sabina Çudi faktaraşdırıcı missiya ilə Tbilisiyə səfər edəcəklər.
Qarabaginfo.az xəbər verir ki, səfərin bu ilin sonuna qədər baş tutacağı gözlənilir.
Həmməruzəçilər bu gün bəyanat yayaraq Gürcüstanda üç müxalif partiyanın fəaliyyətinin qadağan edilməsini nəzərdə tutan konstitusiya iddiası ilə bağlı narahatlıqlarını bildiriblər. Onlar Gürcüstan hakimiyyətini iddiaya yenidən baxmağa çağırıblar.
Sənəddə qeyd olunub ki, demokratik müxalifətin qadağan edilməsi Gürcüstanın Avropa Şurasına üzvlüyü ilə bir araya sığmayacaq.
Qeyd edək ki, AŞPA sonuncu dəfə Gürcüstana bu ilin yanvarında faktaraşdırıcı missiya göndərib.
Xatırladaq ki, Gürcüstan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini ədalətsiz yanaşma səbəbindən ötən ilin dekabrın 29-da dayandırıb.
Digər xəbərlər














%20(4):1200.jpg)


