Saytımızı qiymətləndirin


 
 

Bakı sakini tanışını qətlə yetirib
Tarix: 30-03-2022 | Saat: 10:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı sakini tanışını qətlə yetirib

Bakıda qətl törədilib.

Suraxanı rayon Prokurorluğundan Qarabaginfo.az-a verilən xəbərə görə, martın 29-u saat 10 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə kirayədə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ravil Baybəyov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.



Xəbəri paylaş

229 dəfə oxunub.

Digər xəbərlər