Saytımızı qiymətləndirin


 
 

Rusiya sülhməramlıları həddini aşdı: Ermənilərə açıq dəstək mesajı gərginliyi artırır  - VİDEO
Tarix: 02-01-2021 | Saat: 21:58
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Rusiya sülhməramlıları həddini aşdı: Ermənilərə açıq dəstək mesajı gərginliyi artırır - VİDEO

Qarabaginfo.az xəbər verir ki, telekanalın hazırladığı süjetdə rusiyalı sülhməramlıların missiyalarına uyğun olmayan bir çox davranışları göstərilib.

Yeni il təbrikində sülhməramlı adına zidd şəkildə tərəf tutan və açıq şəkildə ermənilərə dəstək verən, Laçın şəhərinin adını “Berdzor” kimi qələmə verən, nəhayət erməni xalqını erməni dilində təbrik edən sülhməramlı kontingentin üzvü tabe olduğu birləşmənin Qarabağdakı varlığını sual altında qoyub.

Telekanal həmçinin rusiyalı sülhməramlıların tərəfsizliyini sual altında qoyan digər addımlarını da sadalayıb: xəritədə Azərbaycan tərəfinin nəzarətindəki ərazinin sülhməramlı missiyanın nəzarətində göstərilməsi, rusiya sülhməramlılarının qondarma rejimin bayrağı ilə şəkilləri, Sülhməramlı missiyaya rəhbərlik edən rusiyalı general Rüstəm Muradovun separatçıların rəhbəri Araik Arutyunyanla səmimi görüşməsi və son olaraq Kəlbəcərdə özlərinə toy edən ermənilərin fotosunu rusiyalı sülhməramlının çəkməsi.

“Haber Global” sonda haqlı olaraq Azərbaycan xalqının bu kimi hallara səbir göstərməyəcəyini və bu problemi təkbaşına həll etmək iqtidarında olduğunu qeyd edib.

 



Xəbəri paylaş

307 dəfə oxunub.

Digər xəbərlər