Andranik Laçının Zabux kəndində 12 köçkün erməni ailəsinə ev verdi...
Tarix: 10-05-2021 | Saat: 23:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1449 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-05-2021 | Saat: 23:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər

"Dəhliz" ərazisinə düşən kənddə Hadrut və digər rayonlardan köçmüş ermənilər yerləşdirilir...
Azərbaycan Respublikası Laçın rayonunun azı 5 il müddətinə Rusiya hərbi kontingentinin nəzarətinə verilmiş hava xətti ilə 5 km-lik enindəki əraziyə daxil olan Zabux kəndində qanunsuz məskunlaşmış ermənilər nəinki çıxarılıb, əksinə, 44 günlük savaşdan sonra həmin və digər rayonlardan, eləcə də Hadrut ərazisindən çıxmış ermənilərə də yer verilir.
Qarabaginfo.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlərə “Aqavno” adlandırılımış Zabux kəndinin 2011-ci ildən Livandan köçürülmüş qanunsuz “mer”i Andranik Çavuşyan məlumat çatdırıb.
Çavuşyanın sözlərinə görə, 2014-cü ildən Livanın “ARİ” şirkətinin tikdiyi 100-ə yaxın evdən 12-i Hadrut və Laçın, Qubadlı və Zəngilan rayonlarından köçmüş erməni ailələrinə verilib.
Qanunsuz “mer” əvvəlcədən – yəni Laçın rayonunun işğalından bəri Zabuxda qanunsuz məskunlaşmış və son müharibə zamanı Ermənistana köçmüş ermənilərə xəbərdarlıq edib ki, əgər tezliklə geri dönməsələr, evlərini qaçqın düşən digərlərinə verəcək. A.Çavuşyan yaxın müddətdə yeni evlərin də tikiləcəyini bildirib.
Əvvəl də yazdığımız kimi, hazırda Zabuxda tibb məntəqəsi və uşaq bağçası da tikilir. (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
14-05-2022, 06:42
ABŞ-da naməlum silahlı şəxslər azyaşlı uşağı və qadını güllələyiblər
1-12-2022, 10:57
Pensiyaçıya "kömək etdi" - 540 manatını oğurladı
19-09-2024, 15:49
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib
25-11-2021, 12:41
Bakıda müəllimi maşın vurub öldürdü
6-07-2021, 21:06
Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib
19-01-2021, 16:54
Milli Məclisdə bələdiyyə sədrlərinin iştirakı ilə dinləmə keçiriləcək
12-05-2025, 10:32
Papikyan Almaniyaya getdi
28-12-2020, 15:42
Erməni ekspert ölkəsinin uğursuzluqlarını sadalayıb
5-08-2025, 16:39
Türkiyə ordusuna yeni Baş Qərargah rəisi təyin edilib
10-09-2020, 10:28
Slovakiya – Azərbaycan oyununun vaxtı açıqlanıb






" style="width: 670px; height: 340px;">









