Saytımızı qiymətləndirin


 
 

Adnan Əhmədzadənin həbsindən sonra cəmi 5-6 uşaq saxlayıblar
Tarix: 28-10-2025 | Saat: 16:27
Bölmə:Karusel / İdman | çapa göndər

adnan-ehmedzadenin-hebsinden-sonra-cemi-5-6-usaq-saxlayiblar

İş adamı Adnan Əhmədzadənin həbs olunmasından sonra İspaniyanın “Marset” klubunda olan azərbaycanlı uşaqlarla bağlı vəziyyət qeyri-müəyyən qalıb. 

Qarabaginfo.az xəbər verir ki, həmin akademiyada çıxış edən uşaqlardan biri Kamil Həsənovun atası Mərdan Həsənov “Qafqazinfo”ya vəziyyətlə bağlı açıqlama verib. 

O bildirib ki, ödənişlər olmadığı üçün “Marset” akademiyasından bildirilib ki, uşaqları orada saxlaya bilməyəcəklər:

“Mənim oğlum və onun bir qrup həmyaşıdları 2024-cü ilin sentyabr ayında həm futbol oynamaq, həm də təhsil almaq üçün İspaniyanın Barselona şəhərində yerləşən “Marset” akademiyasına yollanıb. Hər şey gözəl, hər şey əla idi, ta ki, məlum hadisəyə qədər. Son yaşananlardan sonra bizə dedilər ki, ödəniş olmadığı üçün uşaqları İspaniyada saxlaya bilməyəcəklər. ASTA rəhbərliyindən də hesablarının dondurulduğu üçün ödəniş etməklərinin mümkün olmadığını dedilər bizə. 

Bildiyim qədərilə toplam 32 uşaqdan cəmi 5-6 nəfəri saxlayıblar. Həmin uşaqlar 2023-cü ildən “Marset”də olanlardır. Amma onları da deyəsən, yanvar ayına qədər saxlayacaqlar. 

Kamil və onun bəzi komanda yoldaşları, yəni 2009-cu il təvəllüdlü uşaqlar bu hadisələr baş verəndə millinin heyətində idilər. Onlar milli ilə birlikdə Fransadan ölkəmizə gəliblər, İspaniyaya qayıtmayıblar. 

Mən öz adımdan ASTA rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, uşaqlarımız üçün belə fürsət yaratmışdılar. Oradakı uşaqların 70-80 faizi milli üzvləri olduğu üçün AFFA-nın və Gənclər və İdman nazirliyinin bu məsələyə müdaxilə etməsini gözləyirəm. Xahiş edirəm ki, uşaqlarımızın “Marset”ə qayıdıb futbolla məşğul olmasına köməklil etsinlər”.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər