Tarix: 28-10-2025 | Saat: 13:53
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropa İttifaqı Ukraynaya 2-3 il ərzində davamlı maliyyə dəstəyi göstərməyi planlaşdırır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.
“Ukrayna hələ bir neçə il müharibəyə hazırdır. Biz onilliklər boyu döyüşməyəcəyik, amma siz müəyyən müddət ərzində Ukraynanı stabil maliyyə baxımından dəstəkləyə biləcəyinizi göstərməlisiniz. Buna görə onların proqramı 2–3 il üçün nəzərdə tutulub”, - ölkə başçısı bildirib.
O bildirib ki, bu dəstək Ukraynanın dondurulmuş rus aktivlərindən maliyyələşdirilə bilər və bu vəsait ya silah almağa, ya da bərpa işlərinə yönəldiləcək.
“Əgər müharibə bir ay ərzində bitərsə, bu vəsaiti bərpa işlərinə xərcləyəcəyik. Əgər bir az gecikərsə, o zaman silah almağa yönəldəcəyik. Başqa çıxış yolumuz yoxdur”, - Zelenski qeyd edib.
Digər xəbərlər













%20(4):1200.jpg)


