Saytımızı qiymətləndirin


 
 

Zelenski: Ukrayna gündəlik 800 dron istehsal etməyi planlaşdırır
Tarix: 28-10-2025 | Saat: 12:47
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna gündəlik 500–800 ədəd dron istehsalına başlamağı və döyüş aviaparkını 250 yeni döyüş təyyarəsi ilə gücləndirməyi planlaşdırır.

Qarabaginfo.az “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.

“Ölkə ilin sonunadək bütün əsas müqavilələri imzalayaraq gündəlik 500–800 ədəd dron istehsalına başlamağı planlaşdırır”, - Ukrayna dövlət başçısı qeyd edib.

Zelenski həmçinin Ukraynanın döyüş aviaparkını 250 yeni döyüş təyyarəsi ilə gücləndirmək niyyətində olduğunu açıqlayıb.

Ukrayna Prezidenti qeyd edib ki, ABŞ, İsveç və Fransaya F-16, “Rafale” və “Qripen” təyyarələrinin tədarükü ilə bağlı danışıqlar aparılır.

Ukrayna lideri xüsusilə İsveçin “Qripen” təyyarələrini prioritet hesab edib. Onun sözlərinə görə, bu təyyarələr xidmət və texniki baxımdan ən sərfəlidir və mövcud Qərb silah sistemlərinə sürətli inteqrasiya üçün əlverişlidir.

Zelenski əlavə edib ki, Ukrayna artıq İsveç ilə 150 yeni tam silahlanmış təyyarənin istehsalının ölkə ərazisində lokalizasiyası üzrə müqaviləni imzalamaq üzrə razılığa gəlib.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər