Saytımızı qiymətləndirin


 
 

Bakıda Azərbaycan və Gürcüstan STANAG komissiyalarının işçi görüşü keçirilib
Tarix: 22-10-2025 | Saat: 14:42
Bölmə:Karusel / Region | çapa göndər

Bakıda Azərbaycan və Gürcüstan STANAG komissiyalarının işçi görüşü keçirilib


Bakıda Milli Müdafiə Universitetinin (MMU) və Gürcüstanın Milli Müdafiə Kollecinin STANAG komissiyaları arasında işçi görüşü keçirilib.

Qarabaginfo.az MN-ə istinadən xəbər verir ki, MMU-nun Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə qonaqlara Xarici dil mərkəzinin tarixi və fəaliyyət istiqaməti barədə brifinq təqdim olunub.
Nümayəndə heyətinin rəhbəri mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
İşçi görüşdə ingilis dilindən STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, NATO-nun standartlaşdırma sənədi olan STANAG üzv dövlətlərin qarşılıqlı fəaliyyət tələblərinə cavab vermək üçün standartın tam və ya qismən, şərti və qeyd-şərtsiz həyata keçirilməsinə dair razılığını müəyyən edir.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər