“O bədməramlılardan hər şey gözləyirəm: hər alçaq hərəkətə əl ata bilərlər...”
Tarix: 28-12-2022 | Saat: 13:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1183 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-12-2022 | Saat: 13:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Rusiya hərbçiləri aksiyaçılarımıza qarşı hər hansı bir provakasiya törədərsə, dövlətimiz, ordumuz tərəfindən o bədməramlılara qarşı ən sərt addımların tərəfdarıyam. Və özüm də həmin addımların icrasında iştirak etməyə hazıram...”
"Qarabağdakı qanunsuz silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar yenilənməsə, ən azı, Xankəndindəki separatçı-terrorçu liderlər həbs edilməsə, yaxud fiziki cəhətdən zərərsizləşdirilməsə, Qarabağdakı dövlət suverenliyimizin tam bərpası uğrunda mübarizəmizin real nəticələrini görməyəcəyik..."
Azərbaycan eko-fəallarının Laçın-Şuşa-Xankəndi yolunda artıq 16-cı gündür ki, davam edən məlum aksiyasına qarşılıq olaraq Xankəndində də işğalçı, separatçı-terrorçu xislətli hayklar Kremlin və onun tulası milyarder “dövlət naziri” Ruben Vardanyanın təşkilatçılııyla ayağa qalxıb. İki dəfə Şuşada aksiya keçirilən “sülhməramlı” postu istiqamətində yürüş, bir dəfə Xankəndindəki meydanda kütləvi mitinq keçirən qüvvələr dünən Xocalı hava limanına - “sülhməramlı”ların əsas qərargahına yürüş ediblər. Gecəni orada qalan separatçılar komandan Volkovla Laçın yolunun açılması üçün danışıqlar tələb edirlər. Bəs öz ssenariləri ilə guya “iki daş arasında” qalan Rusiyanın ərazimizdəki "sülhməramlı" hərbçiləri Şuşadakı aksiyaçılarımıza qarşı hər hansı təxribat təşkil edərək bu bəhanə ilə onları aksiyanı durdurmağa vadar edə bilərlərmi?..
Keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Moderator.az əməkdaşının “Rusiya hərbçilərini sovet dövründən, Qarabağ münaqişəsinin ilk illərindən yaxşı tanıyan, onlarla yetərincə ünsiyyətdə olmuş, danışıqlar aparmış bir döyüşçü komandir və milli azadlıq hərəkatının fəalı kimi Laçın-Şuşa-Xankəndi yolundakı aksiyanın bundan sonra da davam edəcəyi halda “sülhməramlı”lardan hansı addımları gözləyirsiz?” sualını qısa cavablandırıb:
“Konkret deyəcəm... Onlardan hər şey gözləyirəm. Hər bir alçaq hərəkətə, təxribata əl ata bilərlər... Ona görə də deyirəm ki, əgər Laçın-Şuşa-Xankəndin yolundakı soydaşlarımıza qarşı Rusiya hərbçiləri hər hansı bir provakasiya törətsə, mən dövlətimiz, ordumuz tərəfindən həmin bədməramlılara qarşı ən sərt addımların tərəfdarıyam. Və özüm də həmin addımların icrasında iştirak etməyə hazıram... Və hesab edirəm ki, indiki durumda xalqımız 44 günlük savaşda olduğu kimi, yenə də 10 milyonluq bütöv bir orqanizm kimi birləşməli və gücümüzü göstərməliyik. Bütün baş verənləri müşahidə edərək belə nəticəyə gəlirəm ki, Qarabağdakı qanunsuz silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar yenilənməsə, ən azı, Xankəndindəki separatçı-terrorçu liderlər həbs edilməsə, yaxud fiziki cəhətdən zərərsizləşdirilməsə, Qarabağdakı dövlət suverenliyimizin tam bərpası uğrunda mübarizəmizin real nəticələrini görməyəcəyik...”
(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
12-05-2023, 14:39
Türkiyə seçkiləri: Hazırlıqlar başa çatdırıldı
22-12-2025, 11:10
22 qadın azadlığa çıxır - 2-si övladı ilə birlikdə-Fotolar
25-12-2024, 14:03
Təyyarə qəzası ilə bağlı dövlət nümayəndələri müşavirə keçirib
16-02-2022, 16:10
“Xocasəndəki əməliyyatda gömrük əməkdaşları həbs olunmayıb”
20-10-2024, 08:50
ABŞ-də estakadanın çökməsi nəticəsində 7 nəfər ölüb
21-10-2025, 11:58
KİV: Hindistan Rusiya neftindən Asiya neftinə keçir
21-11-2021, 23:37
Türkiyə hökuməti toplanır: erməni təxribatı gündəmdə
3-02-2026, 13:47
MHP lideri Dövlət Bağçalı: Səlahəddin Demirtaş evinə qayıtmalıdır
31-08-2022, 21:13
Aİ Azərbaycan və Ermənistan əhalisinin uzunmüddətli sülhə hazırlığının vacibliyini bildirib
31-08-2021, 20:01
Türkiyədə zəlzələ oldu



















