Tarix: 31-12-2020 | Saat: 12:43
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün Qarabağda sülhməramlılara nəzarət edəcək Ortaq Mərkəzdə xidmət aparan türkiyəli hərbçilərlə görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan əsgərlərə telefon vasitəsilə müraciət edib.
Qarabaginfo.az-ın verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan Türkiyənin Milli müdafiə naziri Hulusi Akara telefonla zəng edərək çıxış edib və onun nitqi səsgücləndirici vasitəsilə mərasimin keçirildiyi zalda əsgərlərə çatdırılıb.
Ərdoğan bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 gündə dastan kimi bir zəfərə imza atılıb: “Dağlıq Qarabağ və işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi mübarizəsində əldə etdikləri zəfərə görə Azərbaycan ordusunu təbrik edirəm. Bu zəfər azərbaycanlı qardaşlarımız qədər bizi də xoşbəxt etdi və qürurlandırdı. Qardaş Azərbaycan Qafqaz islam Ordusunu necə dualarla, sevinc gözyaşları ilə qarşılamışdısa, dekabrın 10-da da Türkiyə Silahlı Qüvvələrini də eyni həyəcanla qarşıladı”.
Türkiyə Prezidenti daha sonra Ortaq Mərkəzdə xidmət edən türkiyəli əsgərlərə müraciət edib: “Sizin oradakı mövcudluğunuz ölkələrimiz arasındakı əlaqənin gəldiyi nöqtəni göstərən qürur nişanıdır. Türkiyə olaraq hərbi qələbəsini diplomatic uğurla taclandırmaqda olan Azərbaycanın mübarizəsini meydanda və bütün beynəlxalq platformalarda dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında əldə edilən atəşkəsin həyata keçirilməsinə nəzarət üçün bölgədə xidmət edəcək dəyərli əsgərlərimizə uğular arzu edirəm”.(qafqazinfo)
Digər xəbərlər