Tarix: 17-10-2025 | Saat: 10:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ və Rusiyanı “Putin-Tramp tuneli” ilə birləşdirməyi təklif edib.
Qarabaginfo.az xəbər verir ki, Dmitriyevin sözlərinə görə, Alyaska ilə Rusiya arasında "Putin-Tramp tuneli" səkkiz il ərzində tikilə bilər və bu tunel İlon Maskın “The Boring Company” texnologiyasından istifadə etməklə 8 milyard dollara başa gələ bilər.
Dmitriyev bunu “X” sosial media platformasında ABŞ-ın keçmiş prezidenti Con Kennedi ilə bağlı dərc edilmiş sənədləri şərh edərkən yazıb.
Dmitriyev bəyan edib ki, Rusiya-Amerika birgə layihələri iş yerləri yaradır və iqtisadiyyatı stimullaşdırır, Berinq boğazı üzərindən keçən tunel isə birliyi simvollaşdırır və resursların birgə inkişafı üçün imkanlar açır.
Digər xəbərlər






" style="width: 670px; height: 340px;">









