Ana Sayfa > Karusel / Dünya > Putinin xüsusi nümayəndəsi Rusiya və ABŞ arasında Berinq boğazı üzərində tunel çəkilməsini təklif edib

Putinin xüsusi nümayəndəsi Rusiya və ABŞ arasında Berinq boğazı üzərində tunel çəkilməsini təklif edib


17-10-2025, 10:23. Yazar: Admin

 

Putinin xüsusi nümayəndəsi Rusiya və ABŞ arasında Berinq boğazı üzərində tunel çəkilməsini təklif edib

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ və Rusiyanı “Putin-Tramp tuneli” ilə birləşdirməyi təklif edib.

Qarabaginfo.az xəbər verir ki, Dmitriyevin sözlərinə görə, Alyaska ilə Rusiya arasında "Putin-Tramp tuneli" səkkiz il ərzində tikilə bilər və bu tunel İlon Maskın “The Boring Company” texnologiyasından istifadə etməklə 8 milyard dollara başa gələ bilər.

Dmitriyev bunu “X” sosial media platformasında ABŞ-ın keçmiş prezidenti Con Kennedi ilə bağlı dərc edilmiş sənədləri şərh edərkən yazıb. 

Dmitriyev bəyan edib ki, Rusiya-Amerika birgə layihələri iş yerləri yaradır və iqtisadiyyatı stimullaşdırır, Berinq boğazı üzərindən keçən tunel isə birliyi simvollaşdırır və resursların birgə inkişafı üçün imkanlar açır.


Geri dön